Əgər sizin şirkətiniz müəyyən bir sahə üzrə səriştədən, məsələn, veb saytın və ya İSO standartlarına cavab verən keyfiyyətin idarə olunması sisteminin yaradılması üçün texniki biliklərdən faydalanmaq istəyirsə, biz geniş çeşidli layihələrdə sizə yardım edə bilərik. Bu, adətən səriştəli yerli məsləhətçilərlə birgə işlərin aparılmasından ibarət olur ki, çox vaxt bu da dörd aydan altı aya qədər davam edir.
Bu məsləhət aşağıdakılar daxil olmaqla bir sıra təcrübə sahələrini əhatə edir:
-
strategiya
-
marketinq
-
təşkilat
-
əməliyyatlar
-
texnologiya
-
mühəndislik həlləri
-
keyfiyyətin idarə olunması
-
maliyyə idarəetməsi
-
enerjinin səmərəli istifadəsi və ətraf mühit
Biznesinizin rəqabət gücünün artırılması üçün, bizim mütəxəssislərimiz bu sahələrdə ən qabaqcıl təcrübəni və düşüncəni tətbiq edirlər. Biz Azərbaycanda fəaliyyət göstərən 155 məsləhətçimizin hər birini şəxsən tanıyırıq və onlar bizim sərt standartlarımıza cavab verirlər. Biz onlarla sıx əməkdaşlıq etməklə, sizin biznesiniz üçün ən yüksək keyfiyyətə malik xidməti təqdim edirik. Bizim məqsədimiz fəaliyyət göstərdiyimiz ölkələrdə layihənin bitməsindən sonra uzun müddət davam gətirəcək güclü, rəqabətədavamlı biznes məsləhəti bazarı yaratmaqdan ibarətdir.
Biz müəssisənin həcmindən və yerindən, eləcə də sizə lazım olan məsləhətin növündən asılı olaraq, bu layihələrin xərclərinin bir hissəsini qarşılayırıq.